SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Türk Hava Yolları” bu il 70 milyona yaxın sərnişin daşıyıb

“Türk Hava Yolları” bu il 70 milyona yaxın sərnişin daşıyıb
13-12-2018, 15:06

“Türk Hava Yolları” aviaşirkəti bu ilin noyabr ayında sərnişin və yük dövriyyəsi üzrə göstəricilərini açıqlayıb.

Aviaşirkətdən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, hesabat ayında aviaşirkətin yüklənmə səviyyəsi 81,4% təşkil edib. Ötən ilin təsirini nəzərə alaraq sərnişin və kreslo-kilometrlərin sayı, həmçinin yüklənmə səviyyəsindəki artım Türkiyəyə və “Türk Hava Yolları”na olan marağın artmasının mühüm göstəricisidir.

Bu ilin noyabr ayında sərnişin axınının artımı davam edib. Hesabat ayında daşınan sərnişinlərin ümumi sayı 4% artaraq 5,5 milyona çatıb. Yüklənmə səviyyəsi 81,4%-ə qalxıb.

Cari ilin noyabr ayında reyslərin ümumi yüklənmə səviyyəsi 2 faiz bəndi artıb. Beynəlxalq reyslər üzrə yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 81%-ə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə 84%-ə çatıb. Hesabat ayında beynəlxalq tranzit sərnişinlərinin sayı təxminən 8%, tranzit sərnişinlər istisna olmaqla, beynəlxalq sərnişinlərin ümumi sayı 13% artıb.

Noyabr ayında daşınan yüklərin/poçtun həcmi üzrə ikirəqəmli artım davam edib və bu göstərici 2017-ci ilin eyni ayı ilə müqayisədə 25% artıb. Artım əsasən Afrika (32%), Şimali Amerika (45%), Uzaq Şərq (23%) və Avropa ölkələri (21%) hesabına baş verib. Noyabr ayında Afrika və Şimali Amerika regionlarının hər biri üzrə yüklənmə səviyyəsi 5 faiz bəndi, Orta və Uzaq Şərq ölkələri üzrə isə müvafiq olaraq 3 və 2 faiz bəndi artıb.

Cari ilin yanvar-noyabr aylarında tələbat və sərnişinlərin ümumi sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 10% artıb. Hesabat dövründə aviaşirkət tərəfindən 69,7 milyon sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% çoxdur.

Yanvar-noyabr aylarında reyslərin ümumi yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 82%-ə çatıb. Beynəlxalq aviareyslər üzrə yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 82%-ə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə təqribən 1 faiz bəndi artaraq 85%-ə çatıb. Hesabat dövründə beynəlxalq aviareyslər üzrə sənişindaşıma (tranzit sərnişinlər istisna olmaqla) 12% artıb.

Cari ilin ilk 11 ayı ərzində daşınan yüklərin/poçtun həcmi 25% artaraq 1,3 milyon tondan çox olub.

“Türk Hava Yolları” haqqında:
1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür və bütün dünyada 302 istiqamət üzrə uçuşlar yerinə yetirən (253 beynəlxalq və 49 daxili) və 326 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətdir. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.com saytında, eləcə də “Facebook”, “Twitter”, “Youtube”, “Linkedin” və “Instagram” səhifələrində əldə edə bilərsiniz.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930