SON DƏQİQƏ

naxcivanxeberleri.com

"FlyDubai" Bakıya uçuşlar həyata keçirməyə başladı

"FlyDubai" Bakıya uçuşlar həyata keçirməyə başladı
14-07-2020, 16:20

Bu gündən Birləşmiş Ərəb Əmirliklərinin "FlyDubai" şirkəti Dubay-Bakı-Dubay marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməyə başlayıb.

NAXCİVANXEBERLERİ.COM-a xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, reyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında əldə etmək olar. Bu zaman reyslər xüsusi şərtlərə əsasən həyata keçiriləcək. Belə ki, BƏƏ-yə giriş qaydalarında edilən dəyişikliklərlə əlaqədar, Bakıdan Dubaya reysə yalnız aşağıdakı sərnişinlərə icazə verilir:

- ölkəyə giriş üçün əvvəlcədən vizanın alınmasına ehtiyacı olmayan sərnişinlər;

- turizm vizası olan sərnişinlər;

- BƏƏ-də daimi yaşayış icazəsi olan  sərnişinlər.

Dubaydan Bakıya reyslərə aviabiletləri isə yalnız Azərbaycan vətəndaşları əldə edə bilər.

Yeni qaydalara uyğun olaraq yalnız  koronavirus (COVID-19)  testindən keçmiş sərnişinlər uçuşlara buraxılır. Bununla əlaqədar olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriya siyahısı genişləndirilib. Həmin siyahı aşağıdakı kimidir: 

- Referans  laboratoriyası;

- Leyla klinikası;

- Memorial klinikası;

- Bona Dea xəstəxanası;

- İnci laboratoriyası;

- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);

- Kaspian Hospital;

- UltraLab.

BƏƏ-də PCR-testinə dair arayış təqdim edən klinika və laboratoriyalarda  müayinədən keçmək olar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31