SON DƏQİQƏ

naxcivanxeberleri.com

Taxıl və ot biçinində mütəşəkkillik müşahidə olunur

Taxıl və ot biçinində mütəşəkkillik müşahidə olunur
12-07-2020, 15:55

Taxılçılıq muxtar respublikamızın iqtisadiyyatında mühüm yer tutur. Bu sahənin inkişafı ərzaq təhlükəsizliyinin təmin olunmasında vacib məsələdir. Buna görə də aparılan aqrotexniki tədbirlər, keyfiyyətli toxum və gübrə təminatı, torpaqların münbitləşdirilməsi və müasir irriqasiya sistemlərinin istifadəyə verilməsinin nəticəsidir ki, hər il taxıl əkini sahələri xeyli genişləndirilir. Bu ilin məhsulu üçün muxtar respublikada 36 min 879 hektar taxıl əkilmişdir ki, onun da 7 min 282 hektarı dəmyə sahələrdir. Son illərdə Naxçıvan şəhərində və onun kəndlərində yaşayan və taxıl əkini ilə məşğul olan təsərrüfat adamlarının da bu sahəyə marağı xeyli artıb. Dövlət qayğısından bəhrələnən təsərrüfat sahibləri son illər əkin sahələrini xeyli genişləndirmiş, taxıl istehsalını artırmışlar. Naxçıvan şəhərində və onun kəndlərində ötən ilin payızında və bu ilin yazında, ümumilikdə, 1028 hektar sahədə taxıl əkilmişdir. Əkilən sahələrin 842 hektarı buğda, 186 hektarı isə arpadır. Kənd əməkçiləri bütün qüvvələrini səfərbər edərək bu il də taxıl sahələrində bol məhsul yetişdirmişlər. Hazırda Naxçıvan şəhərində və onun kəndlərində taxıl biçini sürətlə aparılır. İyul ayının 6-na olan məlumata görə, Naxçıvan şəhərində və onun kəndlərində, ümumilikdə, 343 hektar sahədə taxıl biçini aparılmışdır. Biçilən sahələrdən 819 ton, yəni 23,8 sentner taxıl yığılmışdır. Naxçıvan şəhərində taxıl biçininin optimal müddətdə və itkisiz aparılması üçün lazımı şərait yaradılmışdır. Ümidvarıq ki, torpaq mülkiyyətçiləri min bir zəhmətlə becərdikləri taxılı bundan sonra da itkisiz toplayacaq, sahələrdən bol məhsul əldə edərək əhalinin taxıla olan tələbatının daxili imkanlar hesabına ödənməsinə öz töhfələrini verəcəklər. * * * Muxtar respublikamızın bütün rayonlarında olduğu kimi, Naxçıvan şəhərində və onun kəndlərində də ot biçini və qışlamanı uğurla başa vurmaq üçün bol yem tədarükü kənd adamlarının diqqətindədir. Bildiyimiz kimi, yem tədarükündə yonca mühüm yer tutur, həmçinin yem bazasının yaradılmasında əvəzedilməz bitkidir. Yonca ildə ən azı üç dəfə biçilir və hər hektardan 40-50 sentner yem tədarük edilir. Artıq kəndlərimizdə və Əliabad qəsəbəsində ikinci üz yonca biçininə başlanılmışdır. Məlumat üçün bildirək ki, ot tədarükü üçün otbiçən aqreqat, traktor, yükdaşıyan maşın və digər texnikalar hələ mart-aprel aylarında biçinə hazırlanmışdı. Ona görə də hazırkı ot tədarükü dövründə təsərrüfat sahibləri üçün heç bir çətinlik yoxdur. Hazırda yem tədarükü işində Tumbul, Qaraçuq və Qaraxanbəyli kəndlərinin torpaq mülkiyyətçiləri daha çox fəallıq göstərirlər. Kənd adamları bol yem ehtiyatı tədarük etmək üçün səylərini artırmışlar. Bütün bu göstəricilər onu deməyə əsas verir ki, Naxçıvan şəhərində taxıl məmulatlarına olan tələbat, həmçinin mal-qaranın saxlanılması üçün lazım olan yem ehtiyatı daxili imkanlar hesabına ödənilir.

Ayxan HÜSEYNLİ

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31