SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda pandemiya dövründə bu sahələrdə maaş daha yüksək olub

Azərbaycanda pandemiya dövründə bu sahələrdə maaş daha yüksək olub
10-07-2020, 13:52

2020-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 91,0 min nəfər və ya 5,7 faiz artaraq 1681,7 min nəfər olub, onlardan 930,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 751,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, muzdla işləyənlərin 19,8 faizi təhsil, 17,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,0 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,8 faizi tikinti, 6,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 14,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2020-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 24,9 faiz artaraq 728,9 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31