SON DƏQİQƏ

naxcivanxeberleri.com

İyun ayında nə qədər şəxsə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım ödənilib? - RƏSMİ

İyun ayında nə qədər şəxsə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım ödənilib? - RƏSMİ
3-07-2020, 16:30

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayında ümumilikdə 2,3 milyondan çox şəxsə sosial təminat növləri üzrə ödənişlər edilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, onlardan 1 milyon 264 min nəfərinə pensiya, 421 min nəfərinə müavinət, 300 min nəfərinə təqaüd ödənilib. 84 min ailə üzrə 350 mindən çox ailə üzvünə isə ünvanlı sosial yardım verilib.

İyun ayında sosial ödəniş alanların sayı ötən ilin iyun ayı ilə müqayisədə 7,4 faiz və ya 161 min nəfər çox olub.

Ötən ay pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımların maliyyələşdirilməsinə ümumilikdə 480 milyon manat vəsait yönəldilib ki, bu da 2019-cu ilin müvafiq göstəricinə nisbətən 19,25 faiz və ya 77,5 milyon manat çoxdur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31