SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Parisdə 56-cı beynəlxalq kənd təsərrüfatı sərgisində təmsil olunur

23-02-2019, 20:56

Paris Sərgilər Parkında 56-cı Beynəlxalq Kənd Təsərrüfatı sərgisinin açılış mərasimi olub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mərasimdə Fransa Prezidenti Emmanuel Makron dünyanın 40 ölkəsindən gəlmiş kənd təsərrüfatı nazirləri və dövlət katibləri qarşısında çıxış edib.

Azərbaycan sərgidə kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

“Qadınlar, kişilər, istedadlar” mövzusuna həsr olunmuş beynəlxalq sərgidə kənd təsərrüfatının heyvandarlıq, bitkiçilik, bağçılıq, bostançılıq sahələri, peşə və xidmətlər, eləcə də dünyanın və Fransanın dənizətrafı region və departamentlərinin kənd təsərrüfatı məhsulları nümayiş etdirilir.

Qeyd edək ki, hər il 630-650 min ziyarətçi, minlərlə iştirakçı, 32 min mütəxəssis kənd təsərrüfatındakı yeniliklərlə tanış olmaq üçün bu beynəlxalq sərgiyə qatılır. Builki sərgi martın 3-dək davam edəcək.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031