SON DƏQİQƏ

naxcivanxeberleri.com

Taxıl sahələrinin 66 faizində biçin başa çatıb

Taxıl sahələrinin 66 faizində biçin başa çatıb
30-06-2020, 14:22

Azərbaycanda taxıl zəmilərinin 65,9 faizində biçin başa çatıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, iyunun 30-na olan operativ məlumata görə, 666899 hektar biçilmiş sahədən 2112881 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,7 sent/ha təşkil edir.

Arpa sahələrinin biçini yekunlaşmaq üzrədir. Ölkə üzrə 370 min hektara yaxın payızlıq arpa əkini aparılıb, bu günədək 317032 hektar sahədə biçin başa çatıb. Hazırda dağətəyi rayonlarda arpa biçini gedir. Sahələrdən ümumilikdə 961383 ton arpa yığılıb. Arpa üzrə orta məhsuldarlıq 30,3 sentner təşkil edir. Yaxın zamanlarda dağətəyi rayonlarda arpa biçininin tam yekunlaşacağı gözlənilir.

Buğda sahələrində də biçin prosesi sürətlə davam edir. Ölkə üzrə 641 min hektar buğda sahəsinin 349867 hektarında biçin yekunlaşıb. Sahələrdən bugünədək 1151498 ton buğda yığılıb. Buğda üzrə orta məhsuldarlıq hazırda 32,9 sentner təşkil edir.
Bu günə olan operativ məlumata görə, biçin prosesində 1540 kombayn iştirak edir. Bunlardan 526-sı "Aqrolizinq" ASC-nin biçin aparılan bölgələrdəki rayon bölmələrinin balansında olan kombaynlardır. "Aqrolizinq" tərəfindən biçin başa çatmış Aran bölgələrindən və biçin aparılmayan dağlıq bölgələrdən aktiv biçin zonasına əlavə 185 kombayn dislokasiya olunub. Biçində, həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 829 kombayn iştirak edir.

Qeyd edək ki, bu il Azərbaycanda 1010218 hektar sahədə payızlıq taxıl əkilib.
Biçin davam edir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031