17:38 - Boşanmaq istəyən şəxs qeydiyyatda olmadığı başqa bir rayon məhkəməsinə müraciət edə bilərmi?
17:02 - Müasir Naxçıvan rənglərin işığında” adlı rəsm sərgisi keçirilib-FOTO
16:51 - Türkiyə lideri: "Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq"
16:47 - “TEKNOFEST Azərbaycan”: İlham Əliyev və Ərdoğana xatirə hədiyyələri təqdim olunub
16:19 - Ərdoğan: “Akıncı” PUA-sı İstanbuldan Bakıya dayanmadan uçmaqla rekorda imza atıb”
16:06 - Prezident İlham Əliyev: "Türkiyənin artan gücü bizi də gücləndirir"
15:56 - Ərdoğan: "Kimsənin torpağına göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur"
15:53 - İlham Əliyev: "Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir"
15:43 - Türkiyə Prezidenti: "Şəhidimiz Xudayarın türkü söylədiyi diyarlara salam və sevgimi göndərirəm"
15:41 - Ərdoğan: "Can Azərbaycanın müstəqillik günündə sizinlə birlikdə olmaqdan məmnunam"
15:38 - Dövlət başçısı: "Türkiyə-Azərbaycan qardaşlığı bölgə üçün, dünya üçün çox önəmli faktordur"
Taxıl biçilmiş sahələrdə təkrar səpinə başlanıb
Respublikada dən və yaşıl yem istehsalının artırılması məqsədilə taxıl biçinindən sonra təkrar əkinlərinin aparılmasına başlanıb. Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarına məhsul yığımı başa çatmış ərazilərdə təkrar qarğıdalı əkinləri üçün toxum təminatına birdəfəlik dəstək məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyinə 5 milyon manat məbləğində vəsait ayrılıb. Kənd Təsərrüfatı Nazirliyi, “Meliorasiya və Su Təsərrüfatı” ASC və yerli icra hakimiyyəti orqanları ilə birlikdə torpaq-iqlim xüsusiyyətləri, suvarma imkanları nəzərə alınmaqla təkrar qarğıdalı əkinləri üçün uyğun ərazilərin müəyyən edilməsi və suvarma suyu ilə təminatı istiqamətində tədbirlər görmək, 2020-ci ilin məhsulu üçün təkrar qarğıdalı əkini aparan kənd təsərrüfatı məhsullarının istehsalçılarına qarğıdalı toxumunun alınması məqsədilə hər hektara 60manat məbləğində birdəfəlik vəsaitin verilməsini təmin etmək tapşırılıb.
NAXCİVANXEBERLERİ.COM-un Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi məlumata görə, yaxın günlərdə 35 rayon üzrə 50min hektardan artıq ərazidə qarğıdalı əkinlərinin aparılması planlaşdırılıb. Aqrar Elm və İnnovasiya Mərkəzinin müəssisələri ərazisində isə 560 hektar ərazidə təkrar əkin aparılacaq.
Artıq Beyləqan və Kürdəmir rayonlarında yerləşən regional aqrar elm və innovasiya mərkəzlərinin ərazisində səpin prosesinə start verilib. Mərkəzin direktoru İmran Cümşüdov, şöbə müdiri Nicat Nəsirli, eləcə də Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev yerlərdə səpin prosesini nəzərdən keçirib, qarşıya çıxan aqrotexniki məsələlərə aydınlıq gətiriblər.