SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda bu günədək 1 milyon tondan çox taxıl yığılıb

Azərbaycanda bu günədək 1 milyon tondan çox taxıl yığılıb
19-06-2020, 12:42

Azərbaycandakı taxıl sahələrinin 33,5%-də biçin başa çatıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,bu barədə  Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, biçilmiş 338 188 hektar sahədən 1 053 514 ton taxıl yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 31,1 sent/ha, o cümlədən arpa üzrə orta məhsuldarlıq 30,4 sent/ha, buğda üzrə orta məhsuldarlıq 33,2 sent/ha təşkil edir.

Artıq ölkə üzrə 369 304 hektar arpa sahəsinin 256 695 hektarında biçin başa çatıb. Sahələrdən bugünədək 762 932 ton arpa yığılıb. 10 rayonda arpa biçini tam başa çatıb.

Biçin prosesində 1 644 kombayn iştirak edir. Bunlardan 581-i "Aqrolizinq" ASC-nin biçin gedən rayonlardakı aqriservislərinin balansında olan kombaynlarıdır. Qurum digər rayonlardan biçin prosesinə əlavə 151 kombayn dislokasiya edib. Biçinə, həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 912 kombayn cəlb olunub.

Qeyd edək ki, bu il Azərbaycanda 1 010 218 hektar sahədə payızlıq taxıl əkilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930