SON DƏQQƏ

naxcivanxeberleri.com

Sənaye parklarının rezidentlərinin ixrac potensialı artır

Sənaye parklarının rezidentlərinin ixrac potensialı artır
17-06-2020, 20:12

Sənaye parkları ölkədə qeyri-neft sektorunun davamlı inkişaf etdirilməsində, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılmasında mühüm rol oynayır.

Bu barədə NAXCİVANXEBERLERİ.COM İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Bildirilir ki, sənaye parklarının rezidentləri tərəfindən istehsal olunan məhsullar ölkədə daxili bazarın təlabatının ödənilməsi ilə yanaşı, “Made in Azerbaijan” brendi ilə bir çox ölkələrə ixrac edilir. Belə ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri olan “SOCAR Polymer” MMC və “STDC” MMC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanan “İxrac İcmalı” jurnalının 2020-ci ilin may ayı üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluğa daxil ediliblər. Reytinq cədvəlində “SOCAR Polymer” MMC birinci, “STDC” MMC isə beşinci yerdə qərarlaşıb.

Qeyd edək ki, 2020-ci ilin birinci rübü ərzində “SOCAR Polymer” MMC 53,7 milyon manat, “STDC” MMC isə 10,3 milyon manat dəyərində məhsul ixrac edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930