SON DƏQQƏ

naxcivanxeberleri.com

Dövlət agentliyi alternativ enerji təchizatının yaradılması çərçivəsində üç texnologiya üzrə layihə hazırlayır

Dövlət agentliyi alternativ enerji təchizatının yaradılması çərçivəsində üç texnologiya üzrə layihə hazırlayır
14-06-2020, 16:29

020-ci ildə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ucqar yaşayış məntəqələrində alternativ enerji təchizatının yaradılması çərçivəsində üç texnologiya üzrə layihə hazırlayır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,bunu Agentliyin sədr müavini Cəmil Məlikov deyib.

Onun sözlərinə görə, bütün dünyada qazlaşdırma sisteminin və təbii qazla təchizat sahəsində müvafiq infrastrukturun olmaması təqdirində əhalinin istiliklə təmin edilməsinin sınanmış üsulları və texnologiyaları mövcuddur:

“Biz bu sahədə problemin həlli ilə bağlı Avropa və MDB ölkələrinin təcrübəsini təhlil etmişik. Beləliklə, bu gün əhalinin istilik və istilik enerjisi ilə təmin olunması üsulları hazırlanır”.

 

C.Məlikov bildirib ki, Agentlik müəyyən texnologiyaların istifadəsini daha məqsədəuyğun hesab edir:

“Layihə əsasən üç texnologiya növünə əsaslanacaq. Ən məşhuru və bütün dünyada sınanmış texnologiya müasir biosobaların istifadəsi ilə əlaqədardır. Kombi-sobalar evi qızdırır, eləcə də isti suyun verilməsini təmin edir. Bu, evlərin mərkəzi isitməsini təşkil etməyə imkan yaradır. Bundan başqa, bu sobalarda yemək hazırlamaq, eləcə də əhalinin digər məişət tələbatlarını təmin etmək mümkündür”.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930