SON DƏQQƏ

naxcivanxeberleri.com

Kəngərli rayonunda taxıl biçininə başlanılıb

Kəngərli rayonunda taxıl biçininə başlanılıb
13-06-2020, 19:23

Mühüm strateji məhsul olan taxıl istehsalı rayonumuzda ildənilə artırılır. Cari ilin məhsulu üçün ötən ilin payızında yaxşı əsas yaradılıb, keçən ildəkindən artıq sahəyə taxıl əkilib. Rayonda 3 min 250 hektar sahədə payızlıq buğda, 2 min 597 hektarda isə payızlıq arpa, bu ilin yazında isə 58 hektarda yazlıq arpa əkilib. Beləliklə, 2020-ci ildə biçin keçiriləcək taxıl zəmiləri 5 min 905 hektara çatdırılıb. Bu isə cari ildə buğda və arpa istehsalının ötən ildəkindən daha çox olacağına zəmanət verir.

Taxıl əkiləcək sahələr əvvəlcədən mineral və üzvi gübrələrlə zənginləşdirilib, becərmə tədbirləri və suvarma vaxtlı-vaxtında aparılıb, nəticədə sahələrdə bol məhsul yetişdirilib. Artıq bir neçə gündür ki, taxıl biçininə başlanılıb. Əkinçilər yaxşı bilirlər ki, yığım kampaniyasının mütəşəkkil keçirilməsi məhsuldarlığın yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir. Ona görə də hələlik zəmilərə çıxarılan 5 kombayn və kifayət qədər taxıldaşıyan maşının gücündən səmərəli istifadə olunur. İndiyədək 90 hektar sahənin taxılı biçilib, hər hektardan orta hesabla 21,7 sentner, ümumilikdə 196 ton məhsul əldə edilib.

Hazırda rayonun Böyükdüz, Xok və Xıncab kəndlərində biçin sürətlə aparılır. Qeyd edək ki, taxıl yığımının optimal müddətdə və itkisiz başa çatdırılması üçün rayonda əvvəlcədən bütün hazırlıq tədbirləri görülüb. Bu məqsədlə rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb və qərargah biçinin gedişini gündəlik nəzarətdə saxlayır, kənd əməkçilərinə və fermerlərə hərtərəfli köməklik göstərir. Biçinin optimal müddətdə və itkisiz keçirilməsi üçün kifayət qədər kombayn vardır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Kəngərli Rayon Bazasının kombaynları, eləcə də məhsulun sahələrdən daşınması, küləşin kiplənib götürülməsi üçün nəzərdə tutulan texnikalar baxışdan keçirilib, zəruri ehtiyac duyulan maşın və mexanizmlər təmir olunaraq saz hala gətirilib, kifayət qədər ehtiyat hissə və yanacaq tədarükü görülübdür. Bu da belə deməyə əsas verir ki, elin sərvəti sayılan taxılın tədarükü müətəşəkkilliklə həyata keçiriləcək.

“Yeni həyat” qəzeti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930