SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda İLK: Yanacaqdoldurma məntəqəsində QR-kod əsasında ödəmə xidməti işə düşəcək

Azərbaycanda İLK: Yanacaqdoldurma məntəqəsində QR-kod əsasında ödəmə xidməti işə düşəcək
11-06-2020, 22:13

E-PUL ödəmə xidməti və VISA Azərbaycanda “Lukoyl” yanacaqdoldurma məntəqəsində QR-kod texnologiyası əsasında ilk ödəmə xidmətinin işə salınacağını elan ediblər.

Bunu mətbuata E-PUL ödəmə xidməti hüquqi mülkiyyətçisi olan “PaySis” şirkətinin baş direktoru Samir Nəsibov deyib.

Onun sözlərinə görə, bu xidmətin üstünlüyü ondan ibarətdir ki, istehlakçıya POS-terminal lazım olmur, operatorun isə terminalla sürücüyə yaxınlaşmaq zərurəti yaranmır və beləliklə, fiziki təmas olmur:

“Biz “Lukoyl” və trans-milli VISA şirkəti ilə birgə Azərbaycanda ilk olaraq istehlakçılara QR-ödəmə xidməti təklif etdiyimiz üçün qürur duyuruq. Bu, nağd vəsaitlərdən daha az asılı olmaqla rəqəmsal iqtisadiyyata keçidə xidmət edəcək”.

S.Nəsibov bildirib ki, istehlakçılar “Lukoyl” yanacaqdoldurma məntəqələri şəbəkəsində yanacağın dəyərini rahat şəkildə ödəyə biləcək. Bunun üçün E-PUL tətbiqini yükləmək, qeydiyyatdan keçmək və plastik kartı təhlükəsiz mobil tətbiqə bağlamaq lazımdır. Operator kassada çeki qeydiyyata aldıqdan sonra, yanacaq qurğusunda quraşdırılan QR-kod vasitəsilə skan edilir və mobil tətbiqdə tələb olunan məbləğ göstərilir. Ödəmə məbləği bir toxunuşla avtomatik olaraq kartdan silinir, istehlakçılar ödəmə barədə məlumatları E-PUL tətbiqində ödəmə tarixçəsində izləyə bilərlər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930