SON DƏQQƏ

naxcivanxeberleri.com

Vergi Məcəlləsinə və Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanuna dəyişikliklər edilib

Vergi Məcəlləsinə və Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanuna dəyişikliklər edilib
11-06-2020, 17:43

Naxçıvan Muxtar Respublikasında özəl sektora yaradılan əlverişli şərait güclü sahibkarlıq təbəqəsinin formalaşmasına imkan verir. Belə ki, istehlak və sənaye məhsullarına olan tələbat daxili istehsal hesabına təmin edilir, həmçinin istehsal olunan malların ixracına da şərait yaradır.

 

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, muxtar respublikada fəaliyyət göstərən hər bir sahibkar dövlətin dəstəyini və köməkliyini öz fəaliyyət sahəsində aydın müşahidə edir. Görülən bu işlərin fonunda mövcud şəraitə uyğun olaraq vergiödəyicilərinə güzəştlərin təqdim olunması üçün  iqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişaf etdirilməsi istiqamətlərində Vergi Məcəlləsində müəyyən əlavə və dəyişikliklər edilibdir.

Pandemiyanın təsiri nəticəsində iqtisadi şəraitin dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejiminə uyğun olaraq  bu təsirə məruz qalan fəaliyyət sahələri üzrə sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergiödəyiciləri üzrə 50 faiz, pandemiyanın təsirinə məruz qalan fəaliyyət sahələri üzrə mənfəət (gəlir) vergisi rejimində fəaliyyət göstərən vergiödəyiciləri üzrə əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştləri verilib. Digər tərəfdən qeyd edilən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyekləri əmlak və torpaq vergilərindən tam məbləğdə azad olunur. Qeyd olunmalıdır ki, tətbiq edilən müvəqqəti vergi rejiminə uyğun olaraq sadalanan güzəşt və azadolmalar 2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə qüvvədə olacaq.

Digər tərəfdən Sosial sığorta haqqında Azərbaycan Respublikası Qanununa edilən dəyişikliyə əsasən pandemiyanın təsirinə məruz qalan fərdi sahibkarların və müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslərin sosial sığorta öhdəlikləri və sosial sığorta yükü azaldılıb. 2020-ci il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (250 manat) 25 faizi, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 15 faizi məbəğinin  Naxçıvan şəhərində 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.

Məlum olduğu kimi sosial sığorta haqları ilə bağlı yığımlar Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. Ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının artması ilə bərabər bəzi fərdi sahibkarların və torpaq mülkiyyətçilərinin məcburi dövlət sosial sığorta haqları isə optimallaşdırılıb. Fərdi qaydada toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik, fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) və digər oxşar fəaliyyətlə məşğul olanların məcburi dövlət sosial sığorta haqqı  minimum aylıq əməkhaqqının (250 manat) 5 faizi miqdarında, çəkməçi, pinəçi, fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər, fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan və digər oxşar fəaliyyətlə məşğul olanların məcburi dövlət sosial sığorta haqqı  minimum aylıq əməkhaqqının (250 manat)  3 faizi miqdarında müəyyən olunub. Həmçinin mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin  ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının göstərilən dərəcələri üzrə hesablanmasında da dəyişiklik edilib. Yəni fiziki şəxslərin torpaq mülkiyyəti  5 hektaradək olduqda minimum aylıq əmək haqqının  2 faiz ( 5 manat)  , 5 hektardan 10 hektaradək olduqda minimum aylıq əmək haqqının  6 faiz ( 15 manat), 10 hektardan yuxarı olduqda isə minimum aylıq əmək haqqının  10 faiz ( 25 manat) miqdarında, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri – minimum aylıq əməkhaqqının 6 faizi (15 manat) miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcələr. Nəzərə çatdırılmalıdır ki, yuxarıda sadalanan dəyişikliklər 2 iyun 2020-ci il tarixdən tətbiq olunur və 2026-cı ilədək qüvvədə olacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930