SON DƏQQƏ

naxcivanxeberleri.com

Ərzaq təminatında qida təhlükəsizliyi vacib şərtdir

Ərzaq təminatında qida təhlükəsizliyi vacib şərtdir
9-06-2020, 14:30

Etibarlı ərzaq təminatı iqtisadi sabitliyin və sosial dayanıqlılığın əsas şərtidir. Etibarlı ərzaq təminatının əsasında isə qida təhlükəsizliyinin təmin edilməsi durur. Ərzaq məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində əldə olunan nailiyyətlər ərzaq təhlükəsizliyinin təminatı baxımından da mühüm əhəmiyyət kəsb edir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,muxtar respublikada ərzaq məhsullarının keyfiyyətinə nəzarət daim diqqət mərkəzində saxlanılır və tələbatın tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlər həyata keçirilir.

Qida məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan nəzarət tədbirlərinin bir hissəsini yerli istehsal və idxal məhsullarının mikrobioloji, toksikoloji, orqanoleptik, və fiziki-kimyəvi göstəricilərinin yoxlanması təşkil edir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəznində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq laboratoriyası ən müasir avadanlıqlarla yüksək keyfiyyətli xidmət göstərir. Qeyd etmək yerinə düşər ki, keyfiyyətə nəzarət sisteminin təkmilləşdirilməsi məqsədilə Mərkəzi Qida Sınaq Laboratoriyasının Beynəlxalq Akkreditasiyadan keçirilməsi istiqamətində bütün zəruri tədbirlər həyata keçirilmiş, beynəlxalq akkreditasiya qurumu tərəfindən Cəmiyyətdə monitorinqlər aparılmaqla akrreditasiyanın müddəti 2023-cü ilədək uzadılmışdır.

2020-ci ilin 5 ayı ərzində 278 halda hüquqi və 413 halda fiziki şəxslər tərəfindən daxil olmuş 64 mal çeşidini əhatə edən 285 halda səyyari və 691 halda mal nümunəsi laboratoriya analizindən keçirilib, aparılmış laboratoriya təhlilləri, əsasən 565 yerli istehsal məhsullarını və 126 idxal məhsullarını əhatə edib. Nəticədə, 689 hаldа məhsulun kеyfiyyət göstəricilərinin nоrmаtiv-tехniki sənədlərin tələblərinə cаvаb vеrdiyi, 2 halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilib.

Muxtar respublika iqtisadiyyatına gündən günə daha böyük tövhə verən ailə təsəsrrüfatlarının istehsal etdikləri ərzaq məhsullardan 2020-ci ilin ötən dövrü ərzində 263 halda orta nümunələr götürülərək Mərkəzi Qida Sınaq Laboratoriyasında keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə laboratoriya təhlilləri aparılmışdır.

Mərkəzi Qida Sınaq laboratoriyasının fəaliyyəti istehsal olunan ərzaq məhsullarının  ixracının stimullaşdırılmasına, iqtisadi əlaqələrin daha da genişlənməsinə və  yerli istehsal məhsulların dünya bazarlarında daha geniş çeşiddə təmsil olunmasına zəmin yaratmışdır.

Yerli istehsal məhsullarından olan vafli, tütün məmulatları (siqaret), travertin, mərmər, sement, mineral sular cari ilin ötən dövrü ərzində Gürcüstan, Türkiyə, ABŞ, İraq, Ukrayna, Əfqanıstan, Belçika Krallığı, Türkmənistan kimi ölkələrə ixrac edilmişdir.

Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən verilmiş 45 hаldа mənşə sertifikatı muxtar respublikada istehsal edilən məhsulların beynəlxalq tələblərə uyğun yoxlanılmasını təmin etməklə müəssisələrin xarici ölkələrə məhsul ixracını asanlaşdırmışdır.

 Muxtar respublikada ilk beynəlxalq akkreditasiyalı laboratoriya olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin mərkəzi qida sınaq laboratoriyası regionda istehsal edilən və ya muxtar respublikaya idxal olunan qida məhsullarının beynəlxalq tələblərə uyğun yoxlanılmasını mütəmadi olaraq təmin edir.   

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930