SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda taxıl sahələrinin 11%-i biçilib

Azərbaycanda taxıl sahələrinin 11%-i biçilib
9-06-2020, 13:11

Azərbaycanda taxıl sahələrinin 11,4%-də biçin başa çatıb. Bu günə qədər 115 328 hektar sahədə biçin aparılıb. Bunun 114 472 hektarı arpa, 856 hektarı buğda sahələridir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Ümumilikdə bu günə qədər sahələrdən 344 546 ton məhsul yığılıb ki, bunun da 341 856 tonu arpa, 2 690 tonu buğdadır. Orta məhsuldarlıq arpa üzrə 29,9 sent/ha, buğda üzrə 31,4 sent\ha təşkil edir. Hazırda 36 rayonda taxıl biçini davam edir. Biçin əsasən Aran bölgəsində, qismən isə dağətəyi rayonların aran hissəsində aparılır.

Bu günə qədər ən yüksək məhsuldarlıq Sabirabad rayonunda qeydə alınıb. Rayonda arpa üzrə orta məhsuldarlıq 38,1 sentner təşkil edir. Salyan (38 sentner), İmişli (37,9 sentner), Saatlı (37,8 sentner), Samux (37,8 sentner), Ağdam (36,7 sentner) və Tərtər (34,2 sentner) rayonlarının arpa sahələrində də yüksək məhsuldarlıq müşahidə olunur.

Biçin prosesində 1 154 kombayn  cəlb edilib. Bunlardan 419-u “Aqrolizinq” ASC-nin rayon bölmələrinin balansında olan kombaynlardır. “Aqrolizinq” tərəfindən əlavə olaraq biçin getməyən dağlıq və dağtəyi rayonlardakı bölmələrdən Aran zonasına 186 kombayn dislokasiya olunub. Biçin prosesinə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 549 kombayn cəlb olunub.

Qeyd edək ki, bu il Azərbaycanda 1 010 208 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Sahələrindən 640 978 hektarında buğda, 369 240 hektarında apra əkini aparılıb. Biçin prosesinə ümumilikdə 1 700-dən artıq kombaynın cəlb olunması nəzərdə tutulur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930