SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycan tikinti materiallarını yeni bazarlara ixrac etməyi planlaşdırır

Azərbaycan tikinti materiallarını yeni bazarlara ixrac etməyi planlaşdırır
8-06-2020, 23:46

2020-ci ildə digər qonşu ölkələrə ixracın coğrafiyasının genişləndirilməsi planlaşdırılır və bunun üçün bir sıra zəruri tədbirlər görülür.

Bu barədə mətbuata Tikinti materialları istehsalşıları assosiasiyasının (ATMİA) sədri Elxan Bəşirov deyib.

Onun sözlərinə görə, ixracat bu günə qədər Gürcüstan və Rusiyaya həyata keçirilib.

"Ümumi satışın 2,5 faizi xarici ölkələrə edilən ixracatın payına düşür. Bu ilin əvvəlindən ən çox tələbat xaricdə şüşə, parket və fasad materiallarına olub. Tikinti materiallarının dəyərinin 30 faizi avtomobil, dəniz və ya dəmir yolu vasitələrindən istifadədən asılı olmayaraq nəqliyyat xərcləridir. Dünyanın başqa heç yerində belə bir şey yoxdur. Hesab edirik ki, nəqliyyat xərcləri istehsal maya dəyərinin maksimum beş faizi olmalıdır".

 

 

ATMİA sədri qeyd edib ki, daxili bazarda dəyişikliklər 2020-ci ilin birinci rübündə aydın şəkildə görünüb. Bunun əsas səbəbi hazırda qlobal problem olan pandemiyadır. Bu dövrdə tikinti materialları bazarındakı əlverişsiz vəziyyət tələbatın azalması ilə əlaqələndirilir. Əvvəlki iki ilə müqayisədə tələbat xeyli azalıb.

Qeyd edək ki, Azərbaycan Tikinti materialları istehsalçıları assosiasiyası 2017-ci ildə ölkədə sahibkarlığın inkişafını təmin etmək məqsədi ilə həyata keçirilən sistemli islahatların davamı olaraq yaradılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930