SON DƏQQƏ

naxcivanxeberleri.com

Sədərəkdə taxıl biçininə hazırlıq işləri görülür

Sədərəkdə taxıl biçininə hazırlıq işləri görülür
9-06-2020, 02:27

Muxtar respublikamızda əhalinin ərzaq məhsullarına olan tələbatının keyfiyyətli yerli məhsullar hesabına ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Rayonlarda iş adamlarına, fərdi təsərrüfatla, əkin-biçinlə məşğul olanlara geniş imkanların yaradılması taxılçılığın da inkişafına səbəb olub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu sahə ilə məşğul olan zəhmət adamları yaxın günlərdə biçinə başlayacaqlar. Bunun üçün hər yerdə hazırlıq işləri görülür. Torpağı bərəkətli, insanları zəhmətkeş olan Sədərək rayonunda taxıl biçininə hazırlıq işləri yüksək sürətlə aparılır.Cari ilinməhsulu üçün keçən ilin payızında 2261 hektar sahədə əkin keçirilib. Bunun 1617 hektarı buğda, 644 hektarı isə arpadır. İndi Sədərək rayonunun taxıl sahələri “sarı kəhrəba dənizi”ni xatırladır. Zəmilər bolluq, bərəkətdən soraq verir. Taxılçılar cari mövsümdə də yüksək nailiyyətlər əldə etmək əzmindədirlər. Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, maşın və kombaynlara texniki baxış keçirilib, onlar işlək vəziyyətə gətirilib. Biçin kampaniyasına 4 taxılbiçən kombaynın, 6 yükdaşıyan maşının, 7 küləş bağlayan aqreqatın cəlb edilməsi nəzərdə tutulub. Əkin sahələrinin yanğından mühafizəsi də diqqət mərkəzindədir. Hər il olduğu kimi, bu il də məhsulun itkisiz yığılmasına diqqət göstəriləcəkdir

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930