SON DƏQQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada sahibkarlara dövlət maliyyə dəstəyi davam edir

Muxtar respublikada sahibkarlara dövlət maliyyə dəstəyi davam edir
8-06-2020, 18:07

Sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində daha 1110 vergiödəyicisinə 362 min 60 manat məbləğində vəsait həmin sahibkarların  bank hesablarına köçürülüb. Ümumilikdə isə bu günə kimi  3093 vergiödəyicisinə maliyyə dəstəyi göstərilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (vergi.nakhchivan.az) elektron kabinetlərinə göndəriləcəkdir. Yaranan suallarla bağlı vergiödəyiciləri Dövlət Vergi Xidmətinin  uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər.

Maliyyə dəstəyi almış vergiödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı vergi.nakhchivan.az internet səhifəsində yerləşdirilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930