SON DƏQQƏ

naxcivanxeberleri.com

Avrozonada iqtisadi gözləntilər əmsalı kəskin artıb

Avrozonada iqtisadi gözləntilər əmsalı kəskin artıb
8-06-2020, 14:22

Avrozonada iqtisadi gözləntilər əmsalı may ayındakı mənfi 3-dən müsbət 21,8-dək artıb.

NAXCİVANXEBERLERİ.COM  “Banki.ru”ya istinadən xəbər verir ki, “Sentix” tədqiqat mərkəzinin 4-6 iyun tarixində apardığı araşdırmanın nəticələrinə görə, bu rəqəm 2017-ci ilin noyabr ayından sonrakı dövr üçün ən yüksək həddir.

Hesabat dövründə sərmayədarların avrozonaya olan etimad əmsalı mənfi 41,8-dən mənfi 24,8-dək, cari iqtisadi vəziyyət əmsalı mənfi 73-dən mənfi 61,5-dək artıb.

Eyni zamanda, avrozonanın ən böyük iqtisadiyyatı olan Almaniyada da sərmayədarların etimad əmsalı mənfi 35,3-dən 17,2-dək, cari iqtisadi vəziyyət əmsalı mənfi 66-dan mənfi 53-dək, iqtisadi gözləntilər əmsalı 2,5-dən27,3-dək artıb. Bu göstərici üç aydır artaraq 2015-ci ilin mart ayından sonrakı dövrdə ən yüksək həddə çatıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930