SON DƏQQƏ

naxcivanxeberleri.com

Dövlət dəstəyi üçün 142 minə yaxın vergi ödəyicisi müraciət edib

Dövlət dəstəyi üçün 142 minə yaxın vergi ödəyicisi müraciət edib
8-06-2020, 12:32

Koronavirus pandemiyasından zərərçəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam edir. 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, ölkə prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, iyunun 3-nə nazirliyə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus pandemiyasından zərərçəkmiş 28 213 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 113 495 fərdi (mikro) sahibkar, yəni ümumilikdə 141 708 vergi ödəyicisi müraciət edib.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 258 349 işçini əhatə edən 28 213 vergi ödəyicisi tərəfindən müraciət olunub. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 95,5 milyon manat, o cümlədən, 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi (50%) 47,75 milyon manat təşkil edir. İyunun 3-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 23 532 vergi ödəyicisinə 202 903 nəfər muzdlu işçinin əmək haqqı üzrə 86,35 milyon manat vəsaitin köçürülməsini təmin edib. 

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 113 495 vergi ödəyicisindən müraciət daxil olub, 106 043 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 61,1 milyon manat təşkil edir. İyunun 3-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi artıq 60,7 milyon manat vəsaitin 101 381 fərdi (mikro) sahibkarın bank hesabına köçürülməsini təmin edib.

Qeyd edək ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergi ödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər. Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergiödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930