SON DƏQQƏ

naxcivanxeberleri.com

34 kombayn taxıl biçini üçün saz vəziyyətə gətirilib

34 kombayn taxıl biçini üçün saz vəziyyətə gətirilib
5-06-2020, 10:10

Qarşıdan strateji məhsul olan taxılın biçin dövrü gəlir. Babək rayonunun torpaq mülkiyyətçiləri ötən ilin payızından bəri çəkdikləri zəhmətin bəhrəsini görməyə hazırlaşırlar. Əkin sahələri müasir suvarma metodları ilə suvarılıb, gübrələnib, zərərvericilərə qarşı dərmanlama işləri aparılıb. Bu məqamda qeyd etmək yerinə düşər ki, rayonda ötən ilin payızında bu ilin məhsulu üçün rekord həddə taxıl əkini aparılıb. Belə ki, 12 min hektara yaxın taxıl sahəsindən yüksək məhsuldarlıq gözlənilir. Artıq yaxın günlərdə biçin kampaniyasına start veriləcək. Bunun üçün rayonda 34 kombayn saz vəziyyətə gətirilib.

Babək Rayon İcra Hakimiyyətindən aldığımız məlumatda bildirilir ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə güzəştli şərtlərlə alınan kombaynlar biçin prosesində istifadə olunacaq texnikalar içərisində çoxluq təşkil edir. Qeyd edək ki, gün ərzində 30-35 hektar taxılın sahəsində biçin apara bilən əvvəlki texnikalar ilə müqayisədə gətirilən müasir kombaynların iş əmsalı daha yüksəkdir. Bu da taxılın itkisiz və optimal müddətdə biçilib götürülməsinə daha əlverişli şərait yaradır. Biçin kampaniyası ərəfəsində həmin texnikalara hərtərəfli baxış keçirilib və onların texniki vəziyyəti yoxlanılıb.
Qeyd edək ki, biçin kampaniyasında mühüm işlərdən biri də yanğın təhlükəsizliyinə əməl olunmasıdır. Bunun üçün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yerli qurumu tərəfindən kəndlərdə torpaq mülkiyyətçiləri, icra nümayəndələri, mexanizatorlar və bələdiyyələrin iştirakı ilə görüşlər keçirilib, biçində iştirak edəcək şəxslər yanğın təhlükəsizliyinə qarşı maarifləndirilib. Bir sözlə, taxıl biçininə hazırlıq tam başa çatdırılıb və bu iş yaxın günlərdə ilk olaraq rayonun Şıxmahmud və Nehrəm kəndlərində başlayacaq.

 

Muxtar RZAZADƏ

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930