SON DƏQQƏ

naxcivanxeberleri.com

May ayında 2,3 milyondan çox şəxsə yardım ödənilib

May ayında 2,3 milyondan çox şəxsə yardım ödənilib
3-06-2020, 11:30

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayı üzrə ümumilikdə 2,3 milyondan çox şəxsə sosial təminat növləri üzrə ödənişlər həyata keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, həmin şəxslərdən 1 milyon 268 min nəfərinə pensiya, 417 min nəfərinə müavinət, 297 min nəfərinə təqaüd ödənilib. 

83 min ailə üzrə 350 min ailə üzvünə isə ünvanlı sosial yardım ödənişi edilib. May ayında sosial ödəniş alanların sayı ötən ilin may ayı ilə müqayisədə 6,8 faiz və ya 148 min nəfər çox olub.

Ötən ay pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımların maliyyələşdirilməsinə ümumilikdə 474 milyon manat vəsait yönəldilib ki, bu da 2019-cu ilin müvafiq göstəricinə nisbətən 24,8 faiz və ya 94 milyon manat çoxdur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930