SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda abonentlər fasiləsiz təbii qazla təmin olunur

Naxçıvanda abonentlər fasiləsiz təbii qazla təmin olunur
20-02-2019, 09:31

Muxtar respublikanın yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün “Naxçıvanqaz” İstehsalat Birliyində təbii qaz təchizatının etibarlılığının və səmərəliliyinin artırılması istiqamətində ardıcıl tədbirlər görülür.

“Naxçıvanqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, muxtar respublikanın şəhər və rayonlarında yanvar ayında daxil olan müraciətlərə əsasən 128 mənzil və müxtəliftəyinatlı obyekt qazlaşdırılmışdır ki, bunun 118-i əhali, 10-u qeyri-əhali abonentləridir. Qaz təsərrüfatında istismara yararsız vəziyyətə düşmüş xətlərin və avadanlıqların yenilənməsi diqqət mərkəzində saxlanılmış, qazın nəqli zamanı meydana çıxan texniki itki normalarının minimal həddə saxlanılması üçün tədbirlər görülmüş, təbii qazdan qanunsuz istifadə hallarının qarşısının alınması üçün nəzarət gücləndirilmişdir. Qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkar - lıq səviyyəsini artırmaq məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunan qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinin ixtisasartırma kursunu bitirənlərə sertifikat verilmişdır.
Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqamətində işlər və sayğacdan - kənar müdaxilələrin qarşısının alınması üçün reydlər davam etdirilmişdir.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031