SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycan pambıq məhsulunun ixracını artırmaq niyyətindədir

Azərbaycan pambıq məhsulunun ixracını artırmaq niyyətindədir
31-05-2020, 22:00

Bu ilin əvvəlindən Azərbaycan pambığı əsasən Türkiyəyə ixrac edilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu “Azərbayca Sənaye Korporasiyası”nın Aqrar istehsal və ticarət departamentinin direktoru İlham Bayramov deyib.

Onun sözlərinə görə, Rusiyadan müəyyən təkliflər var və gələcəkdə bu istiqamətdə pambıq ixracı planlaşdırılır.

Direktor bildirib ki, bu günədək Türkiyəyə 10 354 ton pambıq lifi ixrac edilib. 2019-cu il ərzində Türkiyəyə pambıq ixracından əldə edilən gəlir 13 955 371 dollara bərabər olub:

“Bu il ting əkini ləngiyib və aprelin 15-də başlayıb. Bunun səbəbi soyuq və yağışlı hava ilə əlaqədar torpaqda zəruri temperaturun olmaması olub. Əkin mayın 25-də 29 min hektar torpağın 28 035 min hektarında, yəni nəzərdə tutulan sahənin 96,7 faizində başa çatdırılıb”.

İ.Bayramov qeyd edib ki, bu il 650 hektar sahə yeni texnologiya və üsullarla, xüsusilə ikisıralı və damcı suvarma üsulu ilə əkilib:

“Məhsuldarlığın artması üçün gübrələrin vaxtında istifadəsi vacib əhəmiyyət kəsb edir. Bunun üçün torpağa lazımi həcmdə azot və karbamid gübrələri, o cümlədən ammofos və ammonium nitrat daxil edilir”.

Xatırladaq ki, ötən il məhsuldarlıq bir hektardan 28 sentner həcmində nəzərdə tutulub, bu il həmin göstəricinin 39 sentner olması proqnozlaşdırılır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930