SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda avtomobil benzini istehlakı artıb

Azərbaycanda avtomobil benzini istehlakı artıb
19-02-2019, 16:45

2018-ci ildə Azərbaycanda 1 299,4 min ton dizel yanacağı, 1 296,6 min ton avtomobil benzini istehlak edilib.

NAXCİVANXEBERLERİ.COM-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən il 394,7 min ton aviasiya üçün və sair ağ neft, 283,2 min ton neft bitumu, 201,3 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 154,4 min ton maye qaz, 48,4 min ton sürtkü yağları istehlak olunub.

Ötən il avtomobil benzini istehlakı 2017-ci illə müqayisədə 0,7%, neft-kimya sənayesində istifadə üçün benzin istehlakı 11,2%, aviasiya üçün və sair ağ neft istehlakı 19,1%, neft bitumu istehlakı 22,7%, maye qaz istehlakı 20,2%, sürtkü yağları istehlakı 13,1% artıb, dizel yanacağının istehlakı isə 1% azalıb.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031