SON DƏQQƏ

19:38 - Ermənistanın yüksək rütbəli zabitləri məhv edilib – Müdafiə Nazirliyi

19:22 - Prezident İlham Əliyev: Azərbaycan enerji sahəsindən əldə olunan gəlirlərin indiki və gələcək nəsillər arasında ədalətli bölgüsünə xüsusi əhəmiyyət verir

19:05 - Prezident İlham Əliyev: Azərbaycan “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasına mühüm əhəmiyyət verir

18:50 - Prezident İlham Əliyev: Azərbaycan BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir

18:35 - Vaqif Dərgahlı: Su-25 təyyarəsinin F-16 qırıcısı tərəfindən vurulması erməni hərbi təbliğatının növbəti fantaziyasıdır

18:21 - Baş Prokurorluq erməni təxribatları ilə bağlı son vəziyyəti açıqladı

17:57 - Sinqapurda təyyarədə restoran fəaliyyət göstərəcək

17:43 - Vətəndaşlar Prezidentə yazırlar: Sizin rəhbərliyinizlə şanlı Ordumuz zəfər çalacaq

17:37 - Azərbaycanda 58 nəfər COVID-19-a yoluxdu, 102 nəfər sağaldı, 2 nəfər vəfat etdi

17:30 - Bakı 2020 para cüdo üzrə Qran Pri ləğv edilib

17:21 - DİM: Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

17:11 - Azərbaycanda qızıl və gümüş bahalaşıb

17:00 - Oktyabrın 12-dən Azərbaycanda qrip əleyhinə vaksinasiya başlayacaq

16:57 - Naxçıvan Dövlət Universitetində 29 Sentyabr Dünya Ürək günü qeyd olunub-FOTO

16:55 - Azərbaycan Ordusunda tibbi təminat, təchizat və qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur

naxcivanxeberleri.com

“Volkswagen” Çinə 2,1 milyard avro investisiya yatıracaq

“Volkswagen” Çinə 2,1 milyard avro investisiya yatıracaq
29-05-2020, 15:18

Almaniyanın avtomobil istehsalçısı “Volkswagen AG” (VW) Çinin iki elektrikli nəqliyyat vasitəsi istehsalçısına 2,1 milyard avro (2,33milyard ABŞ dolları) dəyərində investisiya yatıracaq.

NAXCİVANXEBERLERİ.COM bu barədə “Reuters”ə istinadən xəbər verir.

Məlumata görə, “Volkswagen” Çinin “Anhui Jianghuai Avtomobil Qrup”un dövlət mülkiyyətində olan səhmlərinin 50%-ni almaq və elektrik nəqliyyatı vasitəsinin istehsalı üçün birgə yaradılan müəssisədəki payını 50%-dən, 75%-ə çatdırmaq üçün 1 milyard avro sərmayə qoyacaq.

Belə ki, birgə müəssisə 2025-ci ilə qədər 5 yeni elektrikli maşın modeli təqdim edəcək və avtomobil istehsal bazası yaradacaq. "Volkswagen" 2025-ci ilə qədər Çində hər il 1,5 milyon yeni enerji avtomobili (NEV) satmağı planlaşdırır.

Bundan başqa, VW Çinin elektrikli nəqliyyat vasitələri üçün batareyalar istehsal edən “Guoxuan High-tech Co Ltd” şirkətinin 26,5%-ni satın almaq üçün 1,1 milyard avro investisiya yatıracaq.

Qeyd edək ki, ötən il VW bu ölkədə avtomobil zavodu alaraq Çində zavod sahibi olan ilk xarici avtomobil istehsalçısı olub.

Çin hökuməti qarşıdakı 5 il ərzində ümumi avtomobil satışlarında NEV-lərin payını 25% həddinə çatdırmağı planlaşdırır. Ötən il Çində 25 milyondan çox analoji avtomobil satılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930