SON DƏQQƏ

naxcivanxeberleri.com

“Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri” konsepsiyası təqdim edilib

“Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri” konsepsiyası təqdim edilib
27-05-2020, 12:39

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşəbbüsü ilə Respublikada fəaliyyət göstərən aparıcı turizm qurumları Tərəfdaşlığının yaradılması və Assosiativ Memorandumun imzalanması çərçivəsində, təklif, tövsiyə və məsləhətləri ilə vahid platformadan çıxış edərək, turizm qurumlarının pandemiya və postpandemiya dövründəki fəaliyyətini müzakirə edərək, “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri” konsepsiyasını hazırlayıb, təqdim edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,AZTA-dan  bildirilib ki, karantindən sonrakı və postpandemiya dövründə daxili turizmin inkişafını sürətləndirən amillərdən bəhs edən konsepsiyada, vəziyyətdən çıxış yolları üçün konkret təkliflər göstərilir.

Konsepsiya Azərbaycanda 2025-ci ilə qədər daxili turizmin inkişafının strateji məqsəd və vəzifələrini müəyyən edir. Konsepsiya Azərbaycanın turizm potensialının qiymətləndirilməsinə əsaslanıb. Konsepsiya Respublikada turizm sahəsinin inkişafının hüquqi, təşkilatı və iqtisadi mühitinin yaranmasına istiqamətlənib. Konsepsiya, Azərbaycanda daxili turizmin inkişafını müəyyən edən sənəd olmaqla, gələcək planların, proqram və müxtəlif lahiyələrin həyata keçirilməsinə xidmət göstərə bilər.

“Biz nikbinik və əminik ki, Azərbaycanın tükənməz turizm potensialı, peşəkar turizm işçiləri, Azərbaycan turizmini bu çətin vəziyyətdən çıxaracaq və turizmi inkişaf etdirəcəkdir. Tərəfdaşlıq Memorandumuna qoşulan bütün turizm qurumları, daxili turizmin bərpası və inkişafı üçün konkret konsepsiya irəli sürür”, - bunu Azərbaycan Turizm Assosiasiyasınin rəhbəri Əhməd Qurbanov deyib.

Konsepsiya Azərbaycan Turizm Assosiasiyasının, Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək Assosiasiyasının, DAİR Hotellər və Restoranlar Assosiasiyasının, Ekskursiya - bələdçisi ” Klubunun, “ Kənd Yaşıl Turizminin İnkişafına Dəstək ” İctimai Birliyinin və “ İctimai iaşə sahəsində maarifləndirmə ” İctimai Birliyinin nümayəndələrindən ibarət ekspert qrupunun dəstəyi ilə hazırlanıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930