SON DƏQİQƏ

naxcivanxeberleri.com

Turizm sahəsi üzrə dövlət dəstəyi üçün müraciət edən sahibkarların sayı açıqlanıb

Turizm sahəsi üzrə dövlət dəstəyi üçün müraciət edən sahibkarların sayı açıqlanıb
26-05-2020, 15:44

“Bu günə qədər Azərbaycanda turizm sahəsində vergi ödəyicisi olan 4 400 hüquqi və fiziki şəxs dövlət dəstəyi üçün müraciət edib. Onların əksəriyyəti bu dəstəyi alıb”. 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu “Report”a açıqlamasında Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə deyib.

Bundan başqa, onun sözlərinə görə, turizm şirkətləri bu sahədə lisenziyalaşdırmanın bərpası təşəbbüsü ilə çıxış ediblər: “Bildiyiniz kimi, 2015-ci ildən ölkə prezidentinin təşəbbüsü ilə turizm sektorunda lisenziyalaşdırma dayandırılıb. Amma turizm şirkətlərindən müraciətlər var ki, bu, bərpa edilsin. Söhbət məhz lisenziyadan, yəni ödəniş edib fəalliyyətə başlamaqdan getmir. Biz düşünürük ki, dövlət qurumlarının turizim şirkətlərinin fəaliyyətinə geniş nəzarət mexanizmləri olmalıdır. Əsas məqsədi istehlakçıların hüqularının daha effektiv təmin edilməsidir. Bazarda elə şirkətlər fəaliyyət göstərməlidir ki, onlar müəyyən meyarlara cavab versinlər. Misal üçün, sağlam vergi ödəyicilərinin olması, sığorta ilə bağlı vəziyyətinin normal olması vacibdir”.

Xatırladaq ki, ölkə prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi, həmçinin fərdi (mikro) sahibkarlara dəymiş zərərin qarşılanması üçün proqramlar hazırlanıb. Proqramlara əsasən muzdlu işçilərə əmək haqqının müəyyən hissəsi iki ay müddətinə qaytarılıb. Fərdi sahibkarlar minimum 250 manat, maksimum isə 5 000manat olmaqla birdəfəlik yardım alıblar. Turizm sektoru pandemiyanın ən çox təsir etdiyi sahələrdən biridir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031