SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda avtomobil benzininin istehsalı artıb

Azərbaycanda avtomobil benzininin istehsalı artıb
26-05-2020, 10:21

2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 041,7 milyon manat olmaqla, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 5,1 faiz artıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, neft məhsullarından neft bitumunun istehsalı 61,2 faiz, sürtkü yağlarının istehsalı 61,1 faiz, yanacaq mazutunun istehsalı 13,6 faiz, dizel yanacağının istehsalı 7,4 faiz, avtomobil benzininin istehsalı 2,1 faiz artıb, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 2,5 faiz, ağ neftin istehsalı 5,1 faiz, neft koksunun istehsalı isə 6,0 faiz azalıb.

Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində isə 385,1 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 60,7 faiz, kimya sənayesində 24,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 20,0 faiz artıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031