SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda sənaye istehsalının həcmi artıb

Azərbaycanda sənaye istehsalının həcmi artıb
26-05-2020, 09:51

2020-ci ilin yanvar-aprel aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,0 faiz artaraq 13,0 milyard manat təşkil edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, sənayenin qeyri neft-qaz sektorunda istehsal əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 16,8 faiz, neft-qaz sektorunda isə 1,6 faiz artıb.

Sənaye məhsulunun 63,1 faizi mədənçıxarma, 30,5 faizi emal, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930