SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycan bankları bu ilin I rübündə 2,2 milyard dollarlıq nağd xarici valyuta alıb-satıb

Azərbaycan bankları bu ilin I rübündə 2,2 milyard dollarlıq nağd xarici valyuta alıb-satıb
22-05-2020, 10:19

Bu ilin I rübündə də Azərbaycan manatının xarici valyutalara nəzərən məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb. 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir.

Sənəddə həmçinin deyilir ki, xarici mühitdə baş verən proseslərin dolayı təsirləri ilə bağlı valyuta bazarında mart ayında tələb artsa da sonrakı aylarda stabilləşmə baş verib. 

Hesabat dövründə də valyuta bazarında əməliyyatların həcminin artması müşahidə edilib. 

Rüb ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 26,1% artaraq 7,7 milyard ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 87,7%-i ABŞ dollarında, 12,3%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 43,1%-i banklararası valyuta bazarında (BVB), 56,9%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb. 

Rüb ərzində BVB-də əməliyyatların 99%-i ABŞ dollarında, 0,8%-i avroda, 0,2%-i isə digər valyutalarda aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb. BDVB-də valyuta əməliyyatlarının həcmi 4,4 milyard ABŞ dolları ekvivalentində olub ki, bunun da 79,2%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 91,6%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.

Hesabat dövründə nanklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 60,8% artaraq 2,2 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 2 milyard ABŞ dollarını və yaxud 89,7%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930