SON DƏQQƏ

naxcivanxeberleri.com

Norveç neft hasilatını artırıb

Norveç neft hasilatını artırıb
21-05-2020, 21:19

Norveç neft hasilatının həcmini aprel ayında 4,5 faiz artıraraq 1,78 milyon barelə çatdırıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 30,2 faiz artım deməkdir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Norveç Neft Direktorluğunun (NPD) həmçinin aprel ayı ərzində neft, kondensat, yüngül karbohidrogenlərin ümumi hasilatının 2,9 faiz azaldılaraq 2,12 milyon barelədək endirildiyini bildirib. Ötən ilin müvafiq dövrünə nisbətən 23,2 faiz artım qeydə alınıb.

Qeyd edək ki, Norveç hökuməti OPEC+ çərçivəsində hasilatı azaltmaqla bağlı razılaşmaya qoşulmaq niyyətində olduğunu açıqlamışdı.

Xatırladaq ki, aprel ayının 12-də əldə edilmiş razılaşmaya görə, may-iyun aylarında neft hasilatını 9,7 milyon barel, iyul ayından ilin sonunadək olan müddət ərzində isə 7,7 milyon barel azaltmaq qərarına gəlinib.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930