SON DƏQQƏ

naxcivanxeberleri.com

Meksikadan gələn turistlərin sayında böyük artım var

Meksikadan gələn turistlərin sayında böyük artım var
21-05-2020, 19:56

Meksikanın Azərbaycandakı səfirliyinin 5 illik fəaliyyəti ərzində iki ölkə arasında əməkdaşlığın iqtisadiyyat və ticarətdən tutmuş təhsilə, mədəniyyətə, turizmə qədər bir çox sahəsində xeyli inkişaf əldə edilib.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a səfirlikdən bildiriblər.

"Xüsusilə də ticarət əlaqələrində nəzərəçarpan artım var. Ticarət missiyası, promotion tədbirləri, iki ölkənin ixracatçı və idxalatçılarının səfərləri və görüşləri nəticəsində son illər ikitərəfli ticarət dövriyyəsinin artmasına gətirib şıxarıb. İki ölkə arasındakı münasibətlərin 23 ili ərzində (1992-2014) illik ticarət dövriyyəsi 2,3 milyon ABŞ diolları olubsa, son beş il ərzində (2015-2019) 28,2 milyon ABŞ dolları, 2019-cu ildə isə dövriyyənin həcmi 52,4 milyon ABŞ dolları kimi rekord həddə çatıb. Hazırkı dinamika saxlanılsa, 2020-ci ildə həmin göstərici 80 milyon ABŞ dollarından artıq ola bilərdi”, - məlumatda deyilir.

Bundan əlavə, 2014-2019-cu illər ərzində Azərbaycana Meksikadan gələn turistlərin sayı 141,41 faiz artıb.

Həmçinin 2017-ci ildə imzalanaraq cari ilin 22 fevral tarixində qüvvəyə minən təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrində hökumətlərarası əməkdaşlıq sazişinin də ölkələrimiz arasındakı münasibətlərin hüquqi bazasını daha da gücləndirdiyi qeyd olunur. Bununla yanaşı, 2019-cu ilin dekabr ayında akademik-diplomatik əməkdaşlığa dair anlaşma memorandumu da imzalandı.

Son 5 il ərzində həmçinin musiqi, rəqs, təsviri sənət, milli mətbəx, kino, ədəbiyyat kimi sahələrdə də müxtəlif tədbirlər keçirilib. Səfirlik Meksikanın və bütövlükdə Latın Amerikasının mədəniyyətini Azərbaycanda daha geniş tanıtmaq üçün ali məktəblərlə də yaxından əməkdaşlıq edir. Fəaliyyətini təkcə Bakı ilə məhdudlaşdırmayan səfirlik Gəncə, Qəbələ, Şamaxı, Mingəçevir, Sumqayıt, Xaçmaz şəhərlərində milli mədəniyyət və mətbəx nümunələrini təqdim edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930