SON DƏQQƏ

naxcivanxeberleri.com

“Brent” markalı neftin qiyməti 36,41 ABŞ dollarına çatdı

“Brent” markalı neftin qiyməti 36,41 ABŞ dollarına çatdı
21-05-2020, 12:11

Cümə axşamı dünyada neft qiymətləri xammal artıqlığı ilə bağlı narahatlıqların azalması fonunda artır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,  “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ticarət sövdələşmələrinin nəticələri göstərir.

Şimal dənizindən hasil olunan “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 1,85% artaraq bir barel üçün 36,41 ABŞ dollarına, WTI markalı neftin iyul fyuçersləri isə 1,91% artaraq 34,12ABŞ dollar/barel səviyyəsinə çatıb.

Qeyd edək ki, neft qiymətləri ABŞ Energetika Nazirliyinin məlumatlarında ölkədə neft ehtiyatlarının azalması və bununla bazarın izafi məhsulla dolması ilə əlaqədar narahatlığın aradan qaldırılmasının əks olunmasından sonra artmağa başlayıb. Son həftə ərzində ABŞ-da neft ehtiyatları ekspertlərin 1,2 milyon barel proqnozu qarşılığında 5 milyon barel azalıb. “Capital Economics” analitikləri “Reuters”ə bildiriblər ki, neft anbarlarına təzyiqin azalmasına dair işartılar qiymətlər üçün müsbət gedişatdır, amma son məlumatlar ehtiyatların azalmasının məhsula tələbatın artması yox, təklif amilləri ilə bağlı olduğunu göstərir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930