SON DƏQQƏ

22:01 - Rəcəb Tayyib Ərdoğan: Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısının alınmaması dünyada riyakarlığın əsl nümunəsidir

21:53 - Xarici dövlətlərin ixtisaslarının tanınması qaydası dəyişib

21:25 - Xarici İşlər Nazirliyinin Kollegiyasının yeni tərkibi təsdiqlənib

21:13 - Sentyabrın 22-si üçün teledərslərin cədvəli açıqlanıb

20:43 - Görkəmli bəstəkarın Naxçıvan sevgisi

20:23 - Prezident İlham Əliyev: Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və son 17 ildə ümumi daxili məhsul üç dəfə artmışdır

20:09 - Prezident İlham Əliyev: Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır

19:43 - Azərbaycan Prezidenti: Bu gün davam edən COVID-19 pandemiyası multilateralizmin əhəmiyyətini bir daha nümayiş etdirir

19:35 - Prezident İlham Əliyev: Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmətə ehtiyacı var

19:27 - Dövlət Xidməti: Ehtiyatda olan hərbi vəzifəlilərin çağırılması heç bir təşviş üçün əsas vermir

19:18 - Kriştianu Ronaldunun adı futbol akademiyasına verildi

18:57 - Tac Mahal hələlik gündəlik maksimum 5 min turist qəbul edə biləcək

18:39 - Qəhvəyi düyü xərçəng və ürək xəstəlikləri riskini azaldır

18:19 - II mərhələ üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır

18:02 - Azərbaycanda 92 nəfər koronavirusa yoluxdu, 81 nəfər sağaldı, 1 nəfər vəfat etdi

naxcivanxeberleri.com

Muxtar respublikanın ixrac imkanlarının artırılması istiqamətində işlər davam edir

Muxtar respublikanın ixrac imkanlarının artırılması istiqamətində işlər davam edir
20-05-2020, 17:08

Müasir dövrdə dövlətin sosial-iqtisadi inkişafının əsasını təşkil edən əsas amillərdən biri də ixracdır. Bu səbəbdən xarici ticarət dövriyyəsinin həcminin davamlı olaraq genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Aktiv xarici ticarət hesabına əldə olunan müsbət saldo ölkənin valyuta ehtiyatlarının artmasına və iqtisadi təhlükəsizliyin təmin olunmasına imkan yaradır. Artıq bir neçə ildir ki, muxtar respublikanın xarici ticarət dövriyyəsində əldə olunan müsbət saldo uğurlu iqtisadi strategiyanın nəticəsidir. Bu istiqamətdə 2020-ci ilin yanvar-mart aylarında da müsbət tendensiya saxlanılmışdır.

Muxtar respublikamızda sahibkarlığa göstərilən böyük diqqət və qayğının nəticəsi olaraq yerli xammala əsaslanan, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalı üzrə ixtisaslaşmış müəssisələrin yaradılması, mövcud istehsal müəssisələrinin yenidən qurulması istiqamətində aparılan uğurlu islahatlar bu sahənin sürətli inkişafına zəmin yaratmışdır.

Aparılan məqsədyönlü tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muxtar respublikada 2020-ci ilin “İxrac” ili elan olunması ticarət əlaqələrinin genişlənməsinə, yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılmasına və beləliklə ixrac potensialının genişlənməsinə böyük stimul vermişdir.

İxracyönümlü məhsul və xidmətlərin xarici bazarlarda təşviqi məqsədilə beynəlxalq tədbirlərdə muxtar respublika ixracatçılarının iştirakının təmin edilməsi və ixrac üçün potensial və perspektivli sayılan dövlətlərdə müvafiq sərgilərin, forumların təşkili və digər təşviqat tədbirləri gücləndirmək də əsas prioritetlərdəndir. Belə ki, 2020-ci ilin ötən dövründə 4 sahibkarlıq subyektinin 17 nümayəndəsi 3 beynəlxalq əhəmiyyətli tədbirdə iştirak etmiş, muxtar respublikada istehsal olunan ərzaq məhsulları Rusiya Federasiyasında keçirilən “ProdExpo-2020”, Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Gulfood-2020” sərgilərində nümayiş olunmuşdur. Adıçəkilən sərgilərdə “Made in Azerbaijan” vahid ölkə stendi altında muxtar respublikada istehsal olunan  133 çeşiddə məhsulun nümayişi təmin olunmuşdur.

 

Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişaf sürətləndikcə xarici ticarət əməliyyatlarında da ixrac meyilləri artmaqdadır. Xarici bazarlara çıxışın təmin edilməsində muxtar respublikada fəaliyyət göstərən şirkətlərə ixrac təşviqlərinin verilməsi, onlara xarici bazarlara çıxış üçün müxtəlif dəstək mexanizmlərinin tətbiqi dairəsi genişlənməkdədir.

Bu cür sistemli tədbirlər nəticəsində muxtar respublikada istehsal olunan məhsulların ixrac imkanları artmaqla iqtisadi əlaqələri daha da genişlənmişdir. Muxtar respublikanın iqtisadi inkişafında ilk mərhələ keyfiyyətli məhsul istehsal etməklə əhalinin tələbatını ödəməkdən ibarət idisə, hazırkı mərhələ həmin məhsulların rəqabət qabiliyyətini artırmaqla ixracına nail olmaqdan ibarətdir. Qeyd etmək yerinə düşər  ki, cari ilin ötən dövrü ərzində Gürcüstan, Türkiyə, ABŞ, İraq,Ukrayna, Əfqanıstan kimi ölkələrə vafli məhsulları, tütün məmulatları (siqaret), travertin, mərmər, mineral sular ixrac olunmuşdur. 

Muxtar respublika əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında əsas ərzaq məhsullarının keyfiyyətinə nəzarət edilməsi mühüm yer tutur. Bu məqsədlə qida məhsullarının ekspertizası üzrə beynəlxalq akkreditasiyadan keçmiş laboratoriya fəaliyyət göstərir.İxrac əməliyyatlarında tələb olunan bir sıra sertifikatlar da məhz buradan təmin olunur. Nazirliyin tabeliyində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin Mərkəzi Qida Sınaq Laboratoriyasında cari ilin ötən dövründə ümumilikdə 756 halda laboratoriya təhlilləri aparılmış, həmçinin istehsal olunan məhsulların xarici bazarlara çıxarılması məqsədilə 38 mənşə sertifikatı verilmişdir.

Sahibkarların mütəmadi olaraq maarifləndirilməsi onlara texniki və metodiki dəstək göstərilməsi istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən mütəmadi seminarlar və treyninqlər təşkil olunur. Məhsulların virtual məkanda təbliği, satışı şəbəkəsinin genişləndirilməsi, yeni məhsulların yaradılması, inkişaf etdirilməsi və digər bir çox sahədə lazımi dəstək göstərilir.

İxracın artırılmasına nail olmaq üçün qarşıda duran əsas istiqamət isə rəqabət qabiliyyətli və yüksək keyfiyyətli məhsulların istehsalını təşviq etmək, müəssisələrin mövcud potensialını inkişaf etdirmək, məhsulların daha geniş məkanda təbliğini təmin etmək və real sektorda dayanıqlı ixraca nail olmaqdan ibarətdir.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930