SON DƏQQƏ

naxcivanxeberleri.com

2020-ci ilin sonuna qədər 443 subartezian quyusunun qazılması tam yekunlaşdırılacaq

2020-ci ilin sonuna qədər 443 subartezian quyusunun qazılması tam yekunlaşdırılacaq
15-05-2020, 13:41

Cari ilin sonuna qədər 443 ədəd subartezian quyusunun qazılması tam yekunlaşdırılacaq.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu açıqlamasında Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə qazılacaq 443 ədəd subartezian quyularından 204 ədədi pambıqçılıq rayonlarında nəzərdə tutulub:

“Möhtərəm Prezident İlham Əliyevin tapşırıq və göstərişi ilə Respublikanın şəhər və rayonlarının əkin sahələrinin, əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təmin olunması və əhalinin içməli suya olan təlabatının ödənilməsi üçün 443 ədəd subartezian quyusunun qazılması, eləcə də respublikanın yaşayış məntəqələrinin, əkin sahələrinin və infrastruktur obyektlərinin sel və daşqın sularının zərərli təsirindən mühafizəsi və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri üzrə Kür-Araz və dağ çaylarında sel və daşqın sularının zərərli təsirlərinin qarşısının alınması məqsədi ilə sahilbərkitmə işlərinin aparılması nəzərdə tutulur. Quyulardan 45-i artıq hazırlanaraq tam istifadəyə verilib. Hazırda dünyada iqlim dəyişiklikləri baş verir. Azərbaycanın da üzv olduğu Ümumdünya Su Şurasının və Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, qarlı günlərin sayı azalır, buzlaqlar əriməkdə davam edir, quraqlıq dövrü uzanır. Ölkəmizdə də isti günlər artmaqla, şaxtalı günlərin sayı azalır, çaylarımızı qidalandıran qar örtüyü dağlarda azalır. Ona görə də 2020-ci və növbəti illərdə də suya həssaslıqla yanaşılmalıdır”.

D.Şərifov qeyd edib ki, cari ildə istismar tədbirlərinə ayrılan vəsait hesabına respublika üzrə 18000 km suvarma kanallarının, 3500 km kollektor-dren şəbəkələrinin lildən təmizlənməsi, 6500 ədəd hidrotexniki qurğunun, 6000 ədəd subartezian quyusunun və 320 ədəd nasos stansiyasının təmiri işlərinin həyata keçirilməsi planlaşdırılır. Çay məcralarında 21,0 milyon kubmetr həcmində məcratəmizləmə işlərinin aparılması və respublika üzrə 1 milyon 400 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin su ilə təminatı və s. işlər həyata keçiriləcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930