SON DƏQQƏ

naxcivanxeberleri.com

Ötən dövrdə 71 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib

Ötən dövrdə 71 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib
14-05-2020, 16:21

Ötən dövrdə 71 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  verilən məlumata görə, 2019-cu ilin əvvəlindən Azərbaycanda pensiyaların, ötən ilin son aylarında isə müavinət və təqaüdlərin, ümumilikdə 2 pensiya və 19 müavinət-təqaüd növü üzrə olmaqla 21 elektron təyinat sistemi işə salınıb.

Həmin e-təyinat sistemləri vasitəsilə ötən dövrdə 71 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyinatı aparılıb.

O cümlədən, 21300-dən çox şəxsə e-qaydada pensiya, 49700-dək şəxsə e-qaydada müavinət və təqaüd təyin edilib.

Bu proaktiv xidmətlər nəticəsində vətəndaşların pensiya, müavinət və təqaüd hüquqları yaranan zaman hansısa quruma müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmayıb. Həmin sosial ödənişlər məmur-vətəndaş təması olmadan, avtomatik olaraq, tam şəffaf şəraitdə onlara təyin olunub.

Digər bir sıra sosial təminat növləri üzrə təyinatların da elektronlaşdırılması işləri aparılır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930