SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda sənaye istehsalı 3% artıb

Azərbaycanda sənaye istehsalı 3% artıb
14-05-2020, 12:21

Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 13 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3% çox sənaye məhsulu istehsal edib. 

NAXCİVANXEBERLERİ.COM bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 16,8% artıb. 

Sənaye məhsulunun 63,1%-i mədənçıxarma sektorunda, 30,5%-i emal sektorunda, 5,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 0,2% azalıb, əmtəəlik qaz hasilatı isə 17,1% artıb.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 4,7 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,3 dəfə, əczaçılıq məhsullarının istehsalı 60,7%, ağacın emalı və ağacdan məmulatların istehsalı 48,6%, sair nəqliyyat vasitələrinin istehsalı 35,1%, kimya sənayesi məhsullarının istehsalı 24,9%, elektrik avadanlıqlarının istehsalı 20,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı 20%, kağız və karton istehsalı 19,3%, tütün məmulatlarının istehsalı 18,9%, içkilərin istehsalı 8,3%, qida məhsullarının istehsalı 8,1%, neft məhsullarının istehsalı 5,1%, hazır metal məmulatlarının istehsalı 4,4%, geyim istehsalı 3,6%, toxuculuq sənayesi məhsullarının istehsalı 1,2% artıb, mebel istehsalı 0,9%, poliqrafiya məhsullarının istehsalı 2,3%, tikinti materiallarının istehsalı 4,5%, maşın və avadanlıqların istehsalı 23,8%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 36,3%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 54,1% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 14%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,5% artıb. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930