SON DƏQQƏ

naxcivanxeberleri.com

“Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda videotəlim keçirilib

“Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda videotəlim keçirilib
13-05-2020, 18:34

Təlim Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin tədris zalında keçirilib. Videotəlimdə muxtar respublikanın təhsil sahəsində fəaliyyət göstərən 14 nəfər maliyyə-mühasibat mütəxəssisi iştirak edib.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, təlimin əsas məqsədi muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında işçilərin məzuniyyət hüququnun mövcud qanunvericiliyə uyğun olaraq təmin edilməsindən ibarətdir.

Bu məqsədlə təşkil olunmuş tədbiri Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova giriş sözü ilə açaraq təlimin aktuallığı və mahiyyəti barədə danışıb.

Sonra Nazirliyin baş məsləhətçi-mühasibi Məmmədnağı Əkbərovun məzuniyyət hüququ və onun təmin edilməsi ilə bağlı slaydlarla zənginləşdirilmiş geniş çıxışı olub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930