SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda startapların dəstəklənməsi üçün fondun yaradılması planlaşdırılır

Azərbaycanda startapların dəstəklənməsi üçün fondun yaradılması planlaşdırılır
13-05-2020, 18:29

İnnovasiyalar istənilən ölkənin dayanıqlı iqtisadi inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan da iqtisadi inkişaf üzrə prioritet tapşırıqlar paketinə innovasiyaların hazırlanması və tətbiqini daxil edib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “World Net Summit” onlayn konfransı çərçivəsində keçirilən “Hökumətə müraciət” tədbirində deyib.

Nazir müavini bildirib ki, Azərbaycan IT sahəsini, o cümlədən innovasiyaları fəal inkişaf etdirir:

“Biz IT və innovasiyalar sahəsinə investorların cəlb olunması, o cümlədən öz startaplarımızın təkmilləşdirilməsi üçün şərait yaratmağa çalışırıq. Bizim bu sahədə dəqiq müəyyən edilmiş hədəflərimiz, eləcə də bu istiqamətdə fondun yaradılması ilə bağlı planlarımız var. Bu fond startapçılar və onların layihələri üçün böyük imkanlar yaradacaq”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930