SON DƏQQƏ

naxcivanxeberleri.com

Sabah ASAN Qlobal Veb Forum işə başlayır

Sabah ASAN Qlobal Veb Forum işə başlayır
13-05-2020, 15:53

Mayın 14-15-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə “Hökumətlər tərəfindən COVID-19-a qarşı görülən çevik tədbirlər” mövzusunda ASAN Qlobal Veb Forum keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM  xəbər verir ki, Agentlikdən verilən məlumatda bildirilir ki, Forumun məqsədi pandemiya dövründə dövlət xidmətlərinin göstərilməsi sahəsində effektivliyi, əlçatanlığı, eyni zamanda pandemiya ilə mübarizə kontekstində və ondan sonrakı dövrdə sosial innovasiyaların, smart həllərin əvəzedilməz rolunu müzakirə etməkdir. Habelə innovativ yanaşmalar və mexanizmlər istiqamətində təcrübə mübadiləsi əsas prioritetlərdir.

Forum açılış, bağlanış sessiyalarından və 4 fərqli mövzulu paneldən ibarət olacaq. Panel müzakirələr pandemiya dövründə dövlət xidmətlərinin göstərilməsi, bu sahədə sosial innovasiyalar, müvafiq dövrdə logistik problemlər və həlləri, habelə postpandemiya dövründə fəaliyyətin ümumi strategiyası və perspektivləri kimi aktual məsələlərə həsr olunacaq.

Forumun açılış sessiyasının natiqləri İSESKO-nun Baş direktoru Salim M. Al-Malik, Dünya İqtisadi Forumunun Prezidenti Borge Brende, Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) rəhbərinin müavini Luk Devigne, BMT İnkişaf Proqramının Astana Hub Dövlət Xidmətləri Mərkəzinin İdarəetmə Komitəsinin sədri Alixan Baymenov, Afrika Birləşmiş Şəhərlər və Yerli İdarətemə Təşkilatının (UCLG) Baş Katibi Jan Pyer Elonq Mbassi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev olacaqlar.

Moderator isə məşhur jurnalist, futuroloq (CNN, TEDx, Forbes) İan Xan olacaq.

2 günlük Qlobal Veb Forumda Azərbaycan Respublikasının, o cümlədən müxtəlif dövlətlərin, beynəlxalq təşkilatların və şirkətlərin rəhbər şəxsləri, nazirlər, tanınmış ekspertlər iştirak edəcəklər.

Forum “ASAN xidmət”in “Youtube” kanalında (https://www.youtube.com/user/asanxidmat) və Dövlət Agentliyinin “Facebook” səhifəsində (https://www.facebook.com/vxsida/) canlı yayımlanacaq.

Forumun proqramı ilə tanış olmaq üçün: www.globalwebforum.asan.gov.az

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930