SON DƏQQƏ

naxcivanxeberleri.com

Yeni quruculuq ünvanları

Yeni quruculuq ünvanları
8-05-2020, 12:07

Yaşayış məntəqələrinin abadlaşdırılması muxtar respublikanın sosial­-iqtisadi inkişafını xarakterizə edən amillərdəndir. Babək rayonunda da hər il tikinti-quruculuq işləri aparılır, insanların rahatlığı təmin olunur və kənd yaşayış məntəqələrində görülən işlər kəndlə şəhər arasındakı fərqi minimuma endirir. Cari ildə rayonun kiçik kəndlərindən olan Nəcəfəlidizədə yeni sosial obyektlər inşa olunur, Babək qəsəbəsində isə bazar tikilir.

Yeni quruculuq ünvanları


Sovet hakimiyyəti illərində Nəcəfəli­dizə kəndinin taleyi, insanlarının həyat səviyyəsi, sosial problemləri ilə bağlı olan məsələlər nəhəng imperiyanı heç vaxt maraqlandırmayıb. Bu səbəbdən ötən əsrin sonlarına qədər neçə-neçə ailə yaxşı yaşayış, şərait ümidi ilə şəhərə, yaxud aran kəndlərinə köçməyə məcbur olub. Təhsil almaq istəyənlər isə 4 kilo­metr aralıda yerləşən qonşu Qahab kəndindəki məktəbə yollanıblar.

Müstəqillik əldə edildikdən sonra kəndin gələcəyi ilə bağlı əsaslı işlər görülüb, məktəb binası tikilib istifadəyə verilib. Heydər Əliyev Su Anbarının Sağ Sahil kanalı Nəcəfəlidizə kəndinin yuxarı hissəsindən keçdiyi üçün torpaqların su təminatı yaxşılaşdırılıb, insanlar əkin-biçinlə məşğul olmağa başlayıblar.
Bu ilin mart ayında isə kənddə geniş abadlıq-quruculuq işlərinin aparılmasına başlanılıb.Belə ki, burada üçmərtəbəli məktəb binası, bir neçə dövlət qurumunun yerləşəcəyi kənd mərkəzi, 200-dən çox sakinin istifadə edə biləcəyi xidmət mərkəzi inşa olunur. Kəndin qaz, rabitə və elektrik xətləri də dəyişdirilir, yol yenidən qurulur, körpü genişləndirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsi tərəfindən Babək qəsəbəsində müasir layihə əsasında bazar kompleksi də inşa olunur. Burada ərzaq və telefon mağazaları, qadın və kişi dərzisi, bərbəri, baytarlıq apteki, təsərrüfat malları üçün mağaza, sahibkarlar üçün yeməkxana otağı yaradılacaq. Bundan başqa, kənd təsərrüfatı məhsullarının yarmarkasını təşkil etmək üçün həyətdə açıq bazar da inşa olunacaq. Bütün bunlar imkan verəcək ki, Babək qəsəbəsi və ətraf kəndlərin sakinləri ərzaq məhsullarına olan gündə­lik tələbatlarını uzaq məsafə qət olunmadan həll edə bilsinlər.

 

Muxtar RZAZADƏ

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930