SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda istehsalat sahələrində maarifləndirici seminarlar keçirilir-FOTO

Naxçıvanda istehsalat sahələrində maarifləndirici seminarlar keçirilir-FOTO
16-02-2019, 09:00

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iş sahələrindən əməyin mühafizəsi qaydalarına riayət olunmasına dair maarifləndirici seminarlar davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,növbəti seminar, fevral ayının 15-də “Cahan PEN” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçi kollektivinin iştirakı ilə keçirilib. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublika Prokurorluğunun əməkdaşları tərəfindən seminar iştirakçılarına iş prosesində əməyin mühafizəsi qaydalarına riayət edilməsi, işin xarakterinə uyğun fərdi və kollektiv mühafizə vasitələrindən istifadə edilməsi, əməyin mühafizəsi üzrə işçilərin vəzifələri, həmçinin əməyin mühafizəsi qaydalarının pozulmasına görə məsuliyyətlər mövzularında izahedici söhbətlər aparılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq tövsiyyələr verilib.
Naxçıvanda istehsalat sahələrində maarifləndirici seminarlar keçirilir-FOTONaxçıvanda istehsalat sahələrində maarifləndirici seminarlar keçirilir-FOTO

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930