SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda kreditlərə zəmanət verilməsi qaydası yumşaldılıb

Azərbaycanda kreditlərə zəmanət verilməsi qaydası yumşaldılıb
7-05-2020, 16:27

Bundan sonra İpoteka və Kredit Zəmanət Fondunun bir kreditə verdiyi zəmanətin kreditə nisbəti 15-85% arasında dəyişəcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fondun fəaliyyətinin təmin edilməsi haqqında 29 noyabr 2017-ci il tarixli fərmanına dəyişiklik edib.

Xatırladaq ki, indiyə qədər sözügedən interval 15-75% arasında dəyişirdi.

Həmçinin dövlət başçısının imzaladığı fərmanla zəmanətin dayandırılması və ləğv edilməsi qaydası da dəyişib. Belə ki, bundan sonra bir müvəkkil banka zəmanətlər üzrə edilmiş ödənişlərin (zəmanətə görə ödəniş edilmiş kreditlər üzrə Fonda daxil olan vəsaitlər çıxılmaqla) və müvəkkil bankın cari ödəniş tələbinin ümumi məbləği Fondun həmin müvəkkil banka verdiyi bütün zəmanətlərin qalıq məbləğlərinin 10%-ni keçdikdə, müvəkkil banka verilmiş zəmanətlər üzrə ödənişlər dayandırılır. Bir müvəkkil banka zəmanətlər üzrə edilmiş ödənişlərin (zəmanətə görə ödəniş edilmiş kreditlər üzrə Fonda daxil olan vəsaitlər çıxılmaqla) ümumi məbləği Fondun həmin müvəkkil banka verdiyi bütün zəmanətlərin qalıq məbləğlərinin 10%-dən aşağı düşdükdə, Fond ödənişlərin icrasını bərpa edir. 

Xatırladaq ki, İndiyə qədər sözügedən nisbət 7% olub. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930