SON DƏQQƏ

naxcivanxeberleri.com

Xəzər regionunda "yaşıl" limanların vahid sistemi yaradılacaq

Xəzər regionunda "yaşıl" limanların vahid sistemi yaradılacaq
5-05-2020, 19:43

Bu gün Xəzər Avropa Klubu (Caspian Energy Club) tərəfindən keçirilən “B2B Transport Forum”un proqramı çərçivəsində onlayn konfransı baş tutub. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tərəfindən iclasda Baş direktorun müavini Əkbər Kərimov iştirak edib.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Bakı Limanından məlumat verilib.

Bildirilib ki, koronavirus (COVID-19) pandemiyasi ilə mübarizə çərçivəsində limanda həyata keçirilən tədbirlər haqqında məlumat verilib. Həmçinin iclas zamanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Bakı Limanının təşəbbüsü ilə həyata keçirilən ATƏT-in "Xəzər dənizi regionunda "yaşıl" limanların və bağlılığın təşviqi" layihəsi barədə ölkəmizə nə qədər əhəmiyyətli olduğu ilə əlaqədar məlumat verib.

Bundan başqa, Əkbər Kərimov onlayn konfransın iştirakçılarına layihənin hazırkı vəziyyəti, mövcud platformalarla layihə çərçivəsində vahid bir sistemin yaradılması barədə məlumat verib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930