SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycan, İran və Türkiyə yük daşımalarında yaranan problemləri müzakirə edib

Azərbaycan, İran və Türkiyə yük daşımalarında yaranan problemləri müzakirə edib
5-05-2020, 11:00

İran prezidentinin köməkçisi Mahmud Vaezi, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Türkiyənin Ticarət naziri Ruhsar Pekcan mövcud şəraitdə qarşılıqlı ticarətin təşviq olunması yollarını müzakirə ediblər.

NAXCİVANXEBERLERİ.COM bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, Ruhsar Pekcan və Mahmud Vaezi, sərhədin İran tərəfində qalan türk yük maşınlarının problemlərindən danışıblar. 

Bundan başqa, Türkiyə-Bolqarıstan sərhədində saxlanılan tez xarab olan məhsulları daşıyan yük avtomobillərin cənuba Mersin limanına yönəldilməsi imkanlarını müzakirə edib.

Həmçinin, İran prezidentinin köməkçisi M.Vaezi və Azərbaycanın Baş Nazirin müavini Ş.Mustafayev arasındakı telefon danışığında, koronavirusun tranzit marşrutlarına, habelə dəmir yolu, dəniz və quru yolu ilə daşınmalarda yaratdığı problemləri müzakirə ediblər. Tərəflər də hazırlanmış sağlamlıq protokollarına əsaslanaraq yaxın iki gün ərzində bu problemlərin həllinə qərar veriblər.

Daha sonra tərəflər müştərək ticarət və işgüzar əməkdaşlığa dəstək verməyin vacibliyini vurğulayıblar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930