SON DƏQQƏ

naxcivanxeberleri.com

ATB: Azərbaycana yalnız bu ilin sonuna turist gözləmək olar

ATB: Azərbaycana yalnız bu ilin sonuna turist gözləmək olar
4-05-2020, 20:13

Azərbaycanın nə zamandan etibarən xarici ölkələrdən qonaq qəbul edəcəyi ilə bağlı proqnoz demək çox çətindir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Turizm sənayesi və destinasiyanın inkişafı departamentinin rəhbəri İlkin Cavadov deyib.

Onun sözlərinə görə, bəzi Avropa ölkələri artıq indidən yay mövsümü ərzində tamamilə qapalı olacaqlarını, yalnız ölkədaxili turizm ilə kifayətlənəcəklərini bəyan ediblər:

“Bizim planımızda da ilk prioritet istiqamət ölkədaxili turizm üzrə fəaliyyətin qurulmasıdır. Ancaq bundan sonra mərhələli şəkildə həmsərhəd ölkələrdən - Rusiya, İran, Gürcüstan, Türkiyədən və nisbətən yaxın olan Qazaxıstan, Ukraynadan qonaqları gözləyəcəyik. Amma fikrimcə, bunu yalnız ilin sonuna gözləmək olar”.

Hələ bu ilin fevral ayında Dövlət Turizm Agentliyi tərəfindən ölkədaxili turizm kampaniyasına start verildiyini xatırladan İ.Cavadov bu kampaniyanın davam etdiriləcəyini söyləyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın turizm məhsullarının inkişafı və turizm potensialının təbliğatının düzgün istiqamətdə aparılması üçün işlər görülür ki, potensial qonaqlar gəlməyə başladıqda ölkəmiz turizm baxımından daha əlverişli mövqedə olsun.

O əlavə edib ki, Azərbaycanın turizm potesialının təbliğ edilməsi üçün xarici turizm şirkətləri ilə onlayn görüşlər, müəyyən xarici turoperatorlar üçün onlayn tanışlıq turları keçirilir.

İ.Cavadov deyib ki, bu turlar zamanı bələdçi onlayn şəkildə ölkəmizin gəzməli yerlərini gəzir, xarici turoperator və turagentlər də həmin turları onlayn şəkildə izləyirlər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930