SON DƏQİQƏ

naxcivanxeberleri.com

BTQ ilə rekord uzunluğunda qatar yola salınıb

BTQ ilə rekord uzunluğunda qatar yola salınıb
4-05-2020, 14:24

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə Türkiyədən Gürcüstana rekord uzunluğunda qatar yola salınıb.

NAXCİVANXEBERLERİ.COM xarici mətbuata istinadən xəbər verir ki, bu ilin mayın 3-də ümumi uzunluğu 1 050 metr olan 2 400 ton ağırlığında və 50 vaqonda 100 konteyner daşıyan ixrac qatarı BTQ dəmir yolu xətti ilə Qarsdan Gürcüstana yola düşüb.

Belə ki, Mersin, Kayseri, Ankara, İzmit, İstanbuldan Azərbaycana, Qazaxıstan və Türkmənistana ixrac olunan maşın hissələri, avtomobil məhsulları, kənd təsərrüfatı texnikası, keramika məhsulları və fərdi qulluq məhsulları daşıyan yük qatarı, Türkiyənin xarici ticarətinin bu çətin günlərdə davam etməsini təmin edir.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930