SON DƏQQƏ

naxcivanxeberleri.com

Nokia şirkəti bu ilin ilk rübündə əldə etdiyi qazancı açıqladı

Nokia şirkəti bu ilin ilk rübündə əldə etdiyi qazancı açıqladı
2-05-2020, 05:10

Finlandiyaya məxsus Nokia şirkəti bu ilin birinci rübündə 4,913 milyard avro gəlir əldə edib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə azdır. Ötən ilin ilk üç ayında şirkətin 5,032 milyard avro qazancı olmuşdu.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, şəbəkə avadanlığı seqmentində 5% azalma (məzənnə dəyişikliyi nəzərə alınmaqla 6%) qeydə alınıb. 
 
Bununla yanaşı, il ərzində digər iş sahələrində də gəlirlər azalıb. İlin ilk rübündə Nokia əməliyyat prosesindən 76 milyon avro zərər və 100 milyon avro xalis zərər ilə başa vurub. 
 
Müqayisə üçün qeyd edək ki, bir il əvvəl əməliyyat zərərləri 542 milyon avro, xalis zərər isə 442 milyon avro idi.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930